USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müəllimlərin sertifikasiya vaxtı bilindi - Təhsil nazirindən ƏMR

05.06.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi Təhsilverənlərin sertifikatlaşdırılmasının aparılacağı vaxtı açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sertifikatlaşmanın bu ilin payız aylarından başlayacağını bildirib. Sertifikasiya növbəti ildə də davam edəcək.

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb. Əmrdə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması qeyd olunur.

Şuranın sədri:
Məhəbbət Vəliyeva – Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Şuranın üzvləri:
Fərzəli Qədirov – Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini
Elnur Məmmədov- Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri
Vəfa Yaqublu – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri
Murad Camalzadə -Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən
Vüsal Xanlarov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

  • Əvvəlki

    Azərbaycanda çimərliklərin istifadəsi ilə bağlı - XƏBƏRDARLIQ EDİLDİ

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0