USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident sərəncam imzaladı

31.07.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant.az"-ın məlumatına görə, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 21,8 milyon (iyirmi bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Əvvəlki

    Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrıldı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0