Dövlət Pedaqoji Universitetində imtahanlar ləğv olunub? - RƏSMİ CAVAB

04.05.2021 Sosial
Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin buraxılış imtahanlarını ləğv etməsi barədə məlumat yayılıb və bildirilib ki, bal ÜOMG (Ümumi Orta Müvəffəqiyyət göstəricisi) ilə hesablanacaq.

"Kommersant.az" Lent.az-a istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Cavid Hüseynov açıqlama verib.

C.Hüseynov bildirib ki, sözügedən qərar IV kurs tələbələri üçün ADPU-nun elmi şurası tərəfindən verilib:

“Qərara alınıb ki, mövcud pandemiya şəraitinə uyğun olaraq bu il dövlət imtahanı ləğv olunsun və ÜOMG ilə tələbələr məzun olsun, diplom işləri isə onlayn-şifahi şəkildə təqdim olunsun. Elmi Şuranın qərarı təsdiq olunmaq üçün Təhsil Nazirliyinə göndərilib. Qərar təsdiq olunduqdan sonra detallı şəkildə ictimaiyyətə təqdim olunacaq”.