USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bazarlarda maskadan istifadə olunacaqmı? - Baş nazir qərar verdi

26.05.2021 Sosial
0 0
Qapalı bazarlarda insanlar sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməlidir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.

Qeyd edək ki, bu tələb 31 may saat 06:00-dək ümumiyyətlə bazarlara aid edilirdi, həmin tarixdən isə yalnız qapalı bazarlara aid ediləcək.