USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah iki müntəzəm marşrut xəttinin hərəkət sxemləri dəyişdiriləcək

04.08.2021 Sosial
0 0
Sabah Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, təmirlə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.