USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə vaxtı - AÇIQLANDI

06.09.2021 Sosial
0 0
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçiriləcəyi tarix məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna olmaqla, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.