USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yararsız taxta materialların Azərbaycana satışına qadağa qoyuldu

10.09.2021 Sosial
0 0
Rusiyanın Perm şəhərindən Azərbaycan ərazisinə taxta materialların gətirilməsinin qarşısı alınıb.

“Kommersant.az” xəbər verir ki, Perm Ərazisinin Karaqay rayonu, Mendeleevo kəndində yerləşən “Sfera” MMC hüquqi şəxsinə məxsus 110 kubmetr taxta materiallarında Monochamus böcəkləri aşkar edilib. Məhsullar Azərbaycana göndərilmək üçün nəzərdə tutulmuşdu.

Bitki karantini sahəsində qanunvericiliyin tələblərinə, habelə idxalçı olan ölkənin tələblərinə uyğun olaraq təhlükəli yüklərin ixracı qadağan edilib.