USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası

10.09.2021 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.

“Kommersant.az” xəbər verir ki, İctimai Şura üzvlüyünə seçkilərin təşkili məqsədilə yaradılmış seçki komissiyasının sədri, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Şuraya seçkilərin qaydalara uyğun təşkili üçün lazımi şəraitin yaradıldığını, seçkilərin ədalətli və şəffaf keçirildiyini diqqətə çatdırıb.

Sonra Şura üzvlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədrinin, sədr müavininin və katibinin seçilməsi üçün səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqını təmsil edən Ədalət Muradov sədr, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev sədr müavini, “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov isə katib seçilib.

Tədbirdə İctimai Şuranın reqlamentinin, Tədbirlər Planının hazırlanması, kommunikasiyasının qurulması, fəaliyyətinin nəticəyönümlülüyünün və hesabatlılığının təmin olunması və s. məsələlər barədə müzakirələr aparılıb.