USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Bakıda yolların yenidən qurulmasına 4,9 milyon manat ayırdı

01.10.2021 Sosial
0 0
Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Kommersant.az”ın xəbərinə görə, sərəncamla əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.