USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda daha bir məktəb distant tədrisə keçdi

26.10.2021 Sosial
1 0
Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə distant tədrisə keçib.

Bakı şəhəri üzrə Təhsil İdarəsində bildirilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Buna səbəb məktəbin 3 şagirdi və 5 müəllimində COVİD-19 infeksiyasına yoluxmanın təsdiq olunmasıdır. Yoluxma nəzərə alınaraq, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.