USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yoluxanların sayı artır - SMS-icazə tətbiq ediləcək? - AÇIQLAMA

29.10.2021 Sosial
0 0
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma halı dünyada, eləcə də Azərbaycanda artır. Təbii ki, artıma səbəb olan amillərdən biri də bir sıra məhdudiyyətlərin aradan qaldırılmasıdır. Lakin istənilən halda, yenidən məhdudiyyətlərin tətbiqini doğru qəbul etmirəm. “SMS” icazə məhdudiyyəti isə ümumiyyətlə lazımsızdır”.

“Kommersant.az” xəbər verir ki, bunu açıqlamasında professor Rəşid Mahmudov deyib.

O bildirib ki, yoluxmaların qarşısını almaq üçün məhdudiyyətlərin tətbiqini düzgün hesab etmir: “Doğrudur, təhsil müəssisələrinin açılması, tədrisin əyani şükildə bərpası yoluxmaları artırır. Amma əks halda da, savadsızlıq baş alır. Sadəcə olaraq, qrup üzvlərinin birində yoluxma qeyd olunan kimi həmin qrup iki həftə ərzində distant tədrisə keçid edirlər. Daha sonra isə yenidən əyani tədris bərpa edilir. Hesab edirəm ki, təhsil sistemində bu, doğru yanaşmadır. Ölkədə ümumən digər sahələrin qapanması da çətinliklər yarada bilər. Yoluxmanın azalması üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Eyni zamanda, vaksinasiyada aktiv iştirak etmək də vacib şərtdir”.

Pravda.az