USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu dərmanların qəbulu ölümə səbəb ola bilər" - TƏBİB

29.10.2021 Sosial
0 0
"Xəstələrin həkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etməsi təhlükəlidir”.

”Kommersant.az”ın məlumatına görə, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev "Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

E. Quliyev deyib ki, COVİD pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: "Bu halda həkim nəzarəti olur və ciddi əlavə təsirlər müşahidə edilmir. Ancaq bəzən insanlar özləri antiviral, ineksion və digər dərman vasitələri qəbul edirlər. İneksion dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər”.