USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakubus" qəzaya düşdü, xəsarət alan var

03.11.2021 Sosial
0 0
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Kommersant.az”ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 2 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin avtobusunda olan 31 yaşlı Məsimova Almara Aslan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Report