Yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri vəzifəsinə təyin edilib.
"Kommersant.az" yeni səhiyyə nazirinin dosyesini təqdim edir:
Teymur Yusif oğlu Musayev 1970-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O, 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-2015-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.
T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Nazir vəzifəsinə qədər o, səhiyyə nazirinin birinci müavini, daha sonra nazir səlahiyyətlərinin müvəqqəti icrasını həyata keçirib.