USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yağıntı nə vaxt azalacaq?

18.03.2022 Sosial
0 0
Yaxın günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, 19 martda yağışın intensivliyi azalacaq:

“Amma günün birinci yarısında fasilələrlə yağıntılı olacaq. 20 martda da həmçinin yağıntı ilə bərabər külək də güclənəcək. Paytaxda havanın temperaturu 3- 5 dərəcə arasında olacaq. Martın 21-i səhər saatlarında külək zəifləyəcək. Gündüz saatlarında fasilələrlə yağış yağacaq".

APA