USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtobuslarda gediş haqqı artırılır? - AÇIQLAMA

08.04.2022 Sosial
0 0
“Hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil”.

Bu barədə Tarif Şurasından cavab olaraq, gediş haqlarının qaldırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Rəsmi məlumata görə, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət etməsi barədə məlumatlar yayılıb. Gediş haqqının 70 qəpiyədək qaldırılacağı iddia olunub.