USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda istilik xidmətinin dəyəri fərqli qaydada hesablanacaq

06.05.2022 Sosial
0 0
Azərbaycanda istilik təchizatı sahəsində islahatlar aparılacaq. Bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Prosesə beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə islahatlar proqramı hazırlanacaq.

"Kommersant.az" xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, görüləcək əsas işlərdən biri istilik və isti su təchizatının sayğaclaşdırılması ilə bağlıdır.

Rafiq Əliyev bildirir ki, xərclərin optimallaşdırılması üzrə də müvafiq tədbirlər nəzərdə tutulur. Yəni vətəndaş müəyyən müddət ərzində mənzildə yaşamırsa və istilik təchizatı xidmətlərindən yararlana bilmirsə, borc yaranmaması üçün sözügedən quruma müraciət etməli olacaq.

Qurum rəsmisi həmçinin qeyd edib ki, yeni islahatlar proqramında vətəndaşların ötən illərdən qalanborclarının silinməsi məsələsi nəzərdə tutulmayıb.