USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Azərbaycan əsgəri şəhid olub

03.08.2022 Sosial
0 0
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub.

"Kommersant.az" xəbər verir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

Nazirlikdən bildirilir ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.