USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Antalya reysi üzrə təyyarə hava limanına geri qayıdıb

26.08.2022 Sosial
0 0
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Kommersant.az" xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.