Tanınmış jurnalist cinayət işindən səhiyyə işinə keçdi

02.07.2018 Sosial
Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Bu vəzifəyə tanınmış telejurnalist Pərviz Abubəkirov təyin edilib.

"Kommersant" xəbər verir ki, Pərviz Abubəkirov faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, P. Abubəkirov ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.