USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Buta Airways”in təyyarəsi hava şəraiti ilə əlaqədar təcili eniş edib

23.09.2022 Sosial
0 1
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin Bakı-Batumi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.

"Kommersant.az" xəbər verir ki, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır. “Embraer 190” markalı təyyarə saat 09:40-da Tbilisidə eniş edib.