USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 26 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

03.10.2022 Sosial
0 0
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 821 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 929 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 813 nəfərdir.