USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL-ın helikopterləri 50% endirimlə hərraca çıxarıldı

12.10.2022 Sosial
0 0
15 noyabr 2022-ci il tarixdə hərraca çıxarılan helikopterlərin siyahısı açıqlanıb.

Kommersant.az xəbər verir ki, 1-3-cü sətirdə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olan helikopterlər 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Helikopterin markası Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 Azərbaycan Hava Yolları QSC Arif Kərimli
+994552618333
Airbus Helicopters
EC-155B1
2005 1000000 100000
2 Azərbaycan Hava Yolları QSC Arif Kərimli
+994552618333
Airbus Helicopters
EC-155B1
2005 1000000 100000
3 Azərbaycan Hava Yolları QSC Arif Kərimli
+994552618333
Airbus Helicopters
EC-135P2
2009 1000000 100000