USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərenerji”də vəzifə təyinatları olub

20.10.2022 Sosial
0 0
“Azərenerji” ASC-nin “Şimal” Elektrik Stansiyasının direktoru Asəf İsmayılov vəzifəsindən azad edilərək “Bakı” Elektrik Stansiyasına direktor təyin olunub.

Bununla bağlı səhmdar cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Onun digər əmri ilə isə Pirəli Əlili “Şimal” Elektrik Stansiyasına direktor təyin edilib. O, bundan əvvəl “Yeni Yaşma” Külək Elektrik Parkına rəhbərlik edib, Böyük Britaniyanın Qlzaqo şəhərində yerləşən “Strathclyde” Üniversitetinin məzunudur.