USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət hesabına illik qazancı 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb

24.10.2022 Sosial
0 0
Azərbaycanda illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb.

Bu barədə Vəkillər Kollegiyasının dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair ümumrespublika müşavirəsində bildirilib.

Qeyd olunub ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə bu ilin fevralında yaradılan monitorinq qrupu ilk növbədə illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyətini araşdırıb. Bu müddət ərzində dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı illik qazancı 10 min manatdan çox vəsaitin alınmasına xidmət edən 22 185 qərar icra edilib. Onlardan 11 242 qərar Bakı şəhəri, 10 943 qərar isə bölgələrə aiddir”.