USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda magistral su xəttinin partlamasına görə bəzi avtobusların hərəkət istiqaməti - DƏYİŞDİRİLDİ

26.10.2022 Sosial
0 0
Yasamal rayonu ərazisində baş verən qəza səbəbindən sərnişin avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat agentliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Hazırda qeyd olunan marşrutlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.