Bunu açıqlamasında “Azərsu” ASC-nin operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirov deyib.
Onun sözlərinə görə, gün ərzində suyun verilməsində heç bir çətinlik yaranmayacaq:
“Hadisə səhər saatlarında Əsəd Əhmədov küçəsində baş verib. Təbii qəza hadisəsidir. Qəza briqadaları cəlb olunub. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür. Heç bir çətinlik yoxdur. Kifayət qədər su anbarımız var. Qəza magistral kəmərdə olub. Bu su kəmərindən əhali birbaşa istifadə etmir. Xətt 2010-cu ildə çəkilib. Suyun verilməsində heç bir çətinlik yoxdur. Kifayət qədər suyumuz var. Heç bir şikayət yoxdur”.