USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan azərbaycanlıları arasında təbii artım iki dəfə yüksəlib

14.09.2018 İqtisadiyyat
0 0
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu ilin ilk yarısında təbii artım 674 nəfər təşkil edib.

"Kommersant.az" bildirir ki, "Report"un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Hesabata əsasən, yanvar-iyun aylarında bölgədə yeni doğulanların sayı 2 min 896, ölənlərin sayı isə 2 min 222 nəfər təşkil edib.
2017-ci ilin eyni dövrü ilə müqayisədə Kvemo Kartli bölgəsinin əhalisi arasında təbii artım iki dəfə yüksəlib. Ötən ilin ilk yarım ili üzrə təbii artım göstəricisi 336 nəfər olub.
Hesabat dövründə Kvemo Kartli bölgəsində nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 220 və 506 təşkil edib.

  • Əvvəlki

    “Azərbaycan” qəzetinin əməkdaşları təltif olunub - SƏRƏNCAM

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0