USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda əhali pullarını daha çox hara xərcləyib?

03.09.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-iyun aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf ediblər.

"Kommersant.az"-ın məlumatına görə, vəsaitin 13,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,0 faizi elektrik malları və mebelin, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 10,2 faizi avtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ümumilikdə, hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,0 faiz azalaraq 10 milyard 233,7 milyon manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni səviyyəsindən 1,0 faiz azalaraq 10 milyard 222,8 milyon manat təşkil edib.

  • Əvvəlki

    14 abituriyentin imtahan nəticəsi ləğv edilib

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0