USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan əhalisinin sayı açıqlandı - NEÇƏ NƏFƏRİK?

12.09.2018 İqtisadiyyat
0 0
Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 min 141 nəfər və ya 0,5% artaraq 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9 milyon 943 min 226 nəfərə çatıb.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9%-i şəhər yerlərində, 47,1%-i kənd yerlərində məskunlaşıb. Bunun 49,9%-nii kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78 min 673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34 min 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33 min 9 nikah və 8538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1280 nəfər təşkil edib.

  • Əvvəlki

    Kiber hücumlar hər gün artır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0