USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu sanatoriya şəhərlərinə avtobus reysi açılıb

24.09.2018 İqtisadiyyat
0 0
Artıq hər həftənin cümə axşamı günləri, saat 10:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (Kompleks) Bakı-Yessentuki-Kislovodsk marşrutu üzrə avtobus reysi həyata keçirilir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə saat 13:00-dır.

Biletin bir istiqamətə qiyməti 70 manat təşkil edir. Bakı-Yessentuki – Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur biletləri mütləq şəkildə onlayn qaydada və yaxud Kompleksin kassalarından əldə etsinlər. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin dəyərinin 50%-i ödənilməlidir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Kompleks ərazisindən hərəkət etməyən və beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə məsuliyyət daşımır.

"Sərnişinlərimizin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub. Sərnişin sıxlığı çox olarsa, əlavə reys açıla bilər", - deyə məlumatda qeyd olunub.

Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq olar.