USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı avtomobili təqdim olundu FOTO - VİDEO

06.03.2019 İqtisadiyyat
0 0
Fransanın lüks avtomobillər istehsal edən “Bugatti Automobiles SAS” şirkəti 110 illik yubileyi münasibətilə “La Voiture Noire” (qara avtomobil) adlı hiperkapı təqdim edib.

İnterfaks-ın məlumatına görə, şirkət bu modelin dünyadakı ən bahalı avtomobil olduğunu bildirib. Yalnız bir ədəd buraxılan hiperkapın qiyməti 11 milyon avro təşkil edir.

2017-ci ildə "Rolls-Royce" yeganə nümunə olan şüşə tavanlı "Sweptail"ı 12,8 mln. dollara satışa çıxarmışdı.

2018-ci ildə "Zonda HP Barchetta" modeli isə 15 milyon dollara öz sahibini tapmışdı.

"Bugatti La Voiture Noire" artıq satılıb. Alıcının adı məlum olmasa da, "Bloomberg" onun "Volkswagen"in keçmiş rəhbəri Ferdinand Pyex olduğunu iddia edir.

  • Əvvəlki

    “PlayStation Vita” oyun qurğusunun istehsalı dayandırılır

Digər xəbərlər