Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edildi

15.05.2019 Nəqliyyat
Abşeron rayonunda fəaliyyət göstərən marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Unikal.org-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Qurum sözçüsü bildirib ki, marşrut xəttinin istiqamətinin dəyişdirilməsinə səbəb Xocahəsən yolunda gedən təmir işləri olub: "Bu məqsədlə 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətinin müvəqqəti dəyişdirildiyi haqqında məlumat vermişdik. Yolun bir hissəsində işlər yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib