USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cavid Qurbanov: "Bakı-Qəbələ qatarı gələn ilin yayında istifadəyə veriləcək"

22.05.2019 İqtisadiyyat
0 0
"Gələn ilin yay aylarından sərnişinlər Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklər".

"Kommersant.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi" verilişində deyib.

"Artıq Ləki stansiyasında başlayaraq 45 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işləri tam başa çatdırılacaq. Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq. Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edə biləcəklər", - C.Qurbanov vurğulayıb.

Report

  • Əvvəlki

    Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Digər xəbərlər