USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mosturflot: Azərbaycan kruiz gəmilərinin tikintisi ilə maraqlanıb

31.05.2018 İqtisadiyyat
0 0
Bakıdan Türkiyəyə kuriz ilə səyahət etmək reallaşa bilər

"Mosturflot" kruiz şirkəti 2019-cu ildən etibarən Həştərxanda tikintisi aparılan "çay-dəniz" sinfindən olan "Петр Великий" kruiz sərnişin teploxodunun istifadəsinə başlamağı planlaşdırır.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verir.

Şirkətin baş direktorunun müavini Svetlana Qonçarovanın sözlərinə görə, hazırda Rusiya gəmisinin Xəzəryanı dövlətlərin limanlarına yan alması imkanına dair fəal danışıqlar aparılır.

"Biz məhz Xəzər dənizindən başlamağı planlaşdırırdıq, çünki teploxod Həştərxanda suya salınır. Planlarımıza əsasən, Xəzərdə gəmi RF, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan limanlarına yan alacaq. Xəzər ilə kruizlərin əksəriyyəti Bakıdan başlayacaq və orada bitəcək. Biz 7-8 günlük kruizlər planlaşdırırıq, onları "qısa" adlandırırıq". Kruiz zamanı bir neçə limana yan alacağıq, misal üçün, İran və Türkmənistana səfər etməklə Xəzərin cənub hissəsi ilə və ya Türkmənistan, Qazaxıstan və Rusiya limanlarına yan almaqla şimal hissəsi ilə", - S.Qonçarova bildirib.

Onun sözlərinə görə, perspektivdə "Петр Великий" üç dənizi birləşdirəcək kruizlər həyata keçirəcək. "Xəzərdə Bakıdan çıxırıq, Həştərxan ilə Volqodon boğazına, Rostov-na-Donu ilə Azov dənizinə, ordan isə Qara dənizə çıxırıq. Sonra Kerçen boğazı ilə gəmi Novorossiysk və Soçi, daha sonra isə Gürcüstan və Türkiyəyə yola düşür. Biz marşrutu Trabzonda bitiririk. Qara dəniz ilə bir neçə bu cür kruizlərin həyata keçirilməsi planlarıma daxildir", - S.Qonçarova əlavə edib.

O, həm rusiyalı turistlər, həm də xarici tərəfdaşların kruizlərə maraqlarının çox böyük olduğunu qeyd edib. "Belə ki, Rusiyanın layihəsi Azərbaycan və İran şirkətlərini elə maraqlandırıb ki, onlar da bu cür kruiz gəmilərinin tikintisi barədə düşünürlər. Əgər Xəzərdə bu cür kruiz laynerlərin sayı artsa, bütün ölkələr, bu prosesin bütün iştirakçıları bundan qazanc əldə edər", - S.Qonçarova hesab edir.

  • Əvvəlki

    "Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb"

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0