USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir Ramiz Zeynalovun müavinini vəzifədən azad etdi

12.08.2019 İqtisadiyyat
0 0
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.

"Kommersant.az" avtosfer.az-a istinadən xəbər verir ki,, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, Mübariz Şahbazov uzun illərdir Baş DYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. O, 2017-ci ilin oktyabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polkovnik Hacımurad Abdullayevin rəhbərlik etdiyi Qeydiyyat-İmtihat İdarəsinin rəisi vəzifəsini də daşıyırdı. Bu idarə həmin tarixədək şöbə statusu daşıyırdı.

  • Əvvəlki

    Rayonlarda leysan olacaq

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0