USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan təyyarəsi məcburi eniş etdi

10.02.2020 İqtisadiyyat
0 0
"Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – "Buta Airways”in şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib.

"Kommersant.az" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Odur ki, J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə uçuş davam etdiriləcək.

  • Əvvəlki

    Azərbaycanda bahalı dərmanlar və əməliyyatlar üçün güzəştli kredit veriləcək? - Bəzi banklar 2-3 faizlə...

Digər xəbərlər