USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin yanvar-may aylarında 130 ədəd minik avtomobili istehsal edilib

14.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may aylarında Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilib. Bu ötən ilin anoloji dövrü ilə müqayisədə 6,2 dəfə çoxdur.

"Kommersant" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-aprel aylarında da Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdi. Belə çıxır ki, Mayda Azərbaycanda minik avtomobili istehsal edilməyib.

2018-ci ilin yanvar-mart aylarında 59 ədəd, Apel ayında isə 71 ədəd minik avtomobili istehsal edilmişdi.

2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) 2018-ci ilin Mart ayında montajı bərpa etmişdi. Həmçinin Martda Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Hər iki zavod Mayda avtomobil yığmayıb.

01.06.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 110 ədəd təşkil edib. Bu avtomobillərin satılmadığına işarədir.

  • Əvvəlki

    SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0