Bu yollar sabah bağlanacaq - SİYAHI

Bunu "Kommersant.az"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə parad tam başa çatana qədər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahədən, Bayıl qəsəbəsindən və Bayraq Meydanı kimi tanınan ərazidən, eləcə də Afiyəddin Cəlilov, Yusif Səfərov, 28 May, Səməd Vurğun, Xaqani, Azadlıq, Nizami küçə və prospektlərindən, eyni zamanda Parlament prospekti, Mikayıl Müşfiq və Mehdi Hüseyn küçəsindən Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdiriləcək.
Bölmə rəisinin sözlərinə görə, bu tədbirin möhtəşəmliyini nəzərə alaraq hər bir avtomobil sürücüsü bilməlidir ki, alternativ variantlardan istifadə etmək vacib şərtdir.
Digər xəbərlər

Qızıl və gümüş ardıcıl rekordlar vurdu: unsiya, qram qızıl və gümüş üçün yeni rekordlar

Böyük Britaniya büdcəsinin yeni mərhələsi: Varlılar üçün daha yüksək vergilər
