USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“VTB” Deripaskadan imtina etdi - ABŞ-a görə

23.05.2018 İqtisadiyyat
0 0
“VTB - Rusiya” Bank ABŞ sanksiyaları səbəbi ilə milyonçu, “QAZ Qrup”un rəhbəri Oleq Deripaska və onun şirkətləri ilə əməkdaşlıqdan imtina edib

"Kommersant.az" xəbər verir ki, bu barədə bankın prezidenti Andrey Kostin məlumat verib.

"Əlbəttə, biz daha ona kredit verməyəcəyik və heç bir əməliyyat aparmayacğıq", - deyə, Kostin əlavə edib. O bildirib ki, "VTB" ABŞ maliyyə nazirliyinin Deripaskanın "Rusal" və digər şirkətləri ilə bağlı qərarını gözləyir.

Kostin problemin tezliklə həll ediləcəyinə ümid etdiyini bildirib. Çünki "VTB" "Rusal"ın əsas kreditorudur və bank öz vəsaitini geri qaytarmalıdır.

Bank rəhbəri vurğulayıb ki, sanksiyalar götürülənə kimi "VTB" sözügedən şirkətlə işləməyəcək.

A.Kostin hesab edir ki, Deripaskaya onun şirkətləri ilə bağlı ümumi vəziyyət bankın işinə təsir etməyəcək.

  • Əvvəlki

    2 batareyalı "Tesla Model 3" haqqında məlumat verilib

Digər xəbərlər