USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın xarici ticarəti artdı

13.06.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 4 mlrd. 959 mln. dollar təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə xarici ticarət dövriyyəsi 1% artıb.

Bu ilin ilk beş ayı ərzində Gürcüstanın ixracı 14,2% artaraq 1 mlrd. 466,8 mln. dollar, idxalı isə 3,6% azalaraq 3 mlrd. 492,3 mln. dollar olub.

Ticarət kəsiri 2 mlrd. 025,5 mln. dollar təşkil edib ki, bunun da ümumi dövriyyədəki payı 40,8%-ə bərabər olub.

Report

  • Əvvəlki

    Şahin Mustafayev: Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır

Digər xəbərlər