USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şahin Mustafayev: Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır

13.06.2019 İqtisadiyyat
0 0
Avropa İttifaqı tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 33 milyard dollardan çoxdur.

"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələrinə yatırdığı investisiyalar təxminən 15 milyard dollar təşkil edir.

Ş.Mustafayev əlavə edib ki, Aİ və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və Azərbaycanın Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır. Belə ki, Aİ-nin Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda Aİ-dən olan 1600 şirkət fəaliyyət göstərir.

Qeyd edək ki, V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda təxminən 1000-ə yaxın şirkət və nümayəndə iştirak edir.

Trend

  • Əvvəlki

    Aİ ölkələri ilə Azərbaycan arasında rouminq tarifləri azaldılır? - AÇIQLAMA

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0