USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada benzini ucuz və ən baha satan ölkələr açıqlandı

29.07.2019 İqtisadiyyat
0 0
Avropada orta əmək haqqına uyğun gəlirlə ən çox benzin almaq Lüksemburqda mümkündür.

"Kommersant.az" "Report"-a istinadən xəbər verir ki, Avropa ölkələrinin bu il iyul ayının əvvəlinə olan rəsmi statistika məlumatlarındakı Aİ-95 benzininin qiymətinin orta əməkhaqqına nisbətinə əsasən hazırlanan reytinqdə birinci pilləni tutan Lüksemburqda orta aylıq əməkhaqqı məbləğinə 2,9 min litr benzin almaq olar. İkinci yerdəki Norveç üçün bu rəqəm 2,2 min litrdir. Sonrakı yerləri 1,9 min litrdən yuxarı göstəriciyə malik Avstriya, İrlandiya, Böyük Britaniya tutur.

Reytinqin son pilləsində 279 litr göstəricisinə malik Ukrayna qərarlaşıb. Həmçinin Bolqarıstan, Rumıniya, Latviya, Belarus vətəndaşları da orta aylıq əmək haqqına uzaqbaşı 560 litr benzin almaq iqtidarındadır.

Aİ-95 markalı benzinin ən ucuz qiymətə satıldığı reytinqdə iştirak edən ölkələr arasında Qazaxıstan, Rusiya, Belarus və Ukrayna, ən bahalı benzin olan ölkələr sırasında isə Niderland, Norveç, Danimarka, Yunanıstan, İtaliyadır. Həmçinin ən ucuz dizel yanacağı Qazaxıstan və Rusiyada, ən bahalı isə Norveç, İsveç, İtaliya, Böyük Britaniya, Belçika, Fransadadır.

Reytinqdə iştirak edən ölkələrdən yalnız Qazaxıstanda (3,9 faiz) və Ukraynada (1,3 faiz) benzin ucuzlaşıb, Maltada isə dəyişməz qalıb. Ən çox bahalaşma Bolqarıstanda (13,6 faiz), Litvada (12 faiz), Macarıstanda (11,5 faiz) qeydə alınıb. Dizel yanacağı da reytinqdə iştirak edən 33 ölkənin 28-də bahalaşıb.

  • Əvvəlki

    İran Avropa ilə hesablaşma mexanizminin normal fəaliyyəti məsələsini qaldıracaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0