USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran Avropa ilə hesablaşma mexanizminin normal fəaliyyəti məsələsini qaldıracaq

29.07.2019 Dünya
0 0
İrana dair nüvə sazişinin (Müştərək Əhatəli Plan- MƏP) yerinə yetirilməsinə dair birgə komissiyanın 28 iyul tarixindəki Vyana iclası zamanı İrana hər hansı zəmanət verilməyib.

Bu barədə İran Xarici İşlər Nazirliyi sözçüsü Abbas Musəvi bildirib.

"Vyanada baş tutan dünənki görüşdə MƏP-in gələcəyinə dair bizə hər hansı zəmanət verilməyib. Qarşıdakı nazirlərin görüşündən (MƏP zamin ölkələrinin – red.) sonra gələcək addımlarımızı müəyyənləşdirəcəyik”, – deyən XİN rəsmisi planın bundan sonra da saxlanmasına dair səylərin nəticələrinə dair nikbin olmadıqlarını, İranla Avropa arasında İNSTEX (İnstrument in Support of Trade Exchanges – Ticarət Mübadilələrinə Dəstək Aləti) hesablaşma mexanizminin tətbiqini və normal fəaliyyətini tələb edəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, İran tərəfinin öhdəliklərini ixtisara salmaq və Fars körfəzindəki artan gərginlik şəraitində keçən Vyana görüşündə tərəflər yaxın günlərdə nazirlər səviyyəsində yeni bir görüş keçirməklə bağlı razılığa gəliblər. İNSTEX-in fəaliyyətə başlaması barədə MƏP-lə bağlı 28 iyun tarixli görüş zamanı Avropa İttifaqı nümayəndələri bildirmişdilər, lakin son danışıqlar zamanı İran tərəfi həmin mexanizminin hələ də fəaliyyətə başlamadığını açıqlamışdı. (Report.az)