USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böhran: 200 şirkət müflis oldu

27.05.2020 İqtisadiyyat
0 0
Cari ilin ilk rübündə ABŞ neft sənayesində müflis olduğunu elan edən şirkətlərin sayı 200-ü keçib.

Bu barədə ABŞ-ın "Haynes and Boone" firmasının hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, bu müddət ərzində həmin şirkətlərin ümumi borcu təxminən 130 milyard dollar təşkil edib:

"Ən çox iflas edən şirkətlər Texas ştatında yerləşir. Burada 98 şirkət müflis olduğunu açıqlayıb".

Bundan başqa, Norveçə məxsus "Rystad Energy" adlı enerji tədqiqat təşkilatının hesabatında neftin qiymətinin 30 dollar səviyyəsində qalacağı təqdirdə ABŞ-da daha 170 şirkətin iflas edəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, yeni tip koronavirus dünyada bir çox sahələrə böyük zərbə vurub. Ən böyük böhran isə neft sektorunda yaşanıb. Ötən ay neftin qiymətində son 20 ilin ən aşağı göstəricisi qeydə alınıb.

  • Əvvəlki

    Rusiya ilə sərhəddə qalan azərbaycanlılar ölkəyə buraxılıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0