USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türkiyə xeyli geriləyib" - RƏSMİ AÇIQLAMA

18.06.2018 İqtisadiyyat
0 0
Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek iqtisadiyyatla bağlı narahatlıqların aradan qalxdığını bildirərkən dollarla bağlı bu fikri ilə gündəmi silkələyib: “Dollar bütün pul vahidlərinə qarşı dəyərini yüksəldir”.

"Kommersant" xəbər verir ki, belə ki, Batmanda təşkil olunan konfransda siyasi və iqtisadi dəyərləndirmələr aparılıb. O, Türkiyənin terrorla mübarizədə böyük uğurlar qazandığını bildirib.

Şimşek’in iqtisadi açıqlamaları daha çox diqqət çəkib: "İqtisadi inkişafla bağlı danışan müavin bildirib ki, Amerikada faizlər yüksəlib və vergi islahatı keçirilib. İslahat vergilərin aşağı salınmasını nəzərdə tutur. Bu isə büdcədəki kəsrləri artırıb. Artan büdcə kəsrini minimuma endirmək üçün günbəgün dollara daha çox borclanır. Qısacası, Amerikanın Mərkəzi Bankı dollar likvidliyini azaldır, faizi artırır, digər tərəfdən isə Amerika xəzinəsi daha çox dollar tələb edir. Bu isə dollar likvidliyinə mənfi təsir göstərir. Yeni ildən etibarən dolların dəyəri çox yüksəlib. Bu da təbii ki, digər ölkələrə, həmçinin, Türkiyənin iqtisadiyyatına da təsirsiz ötüşmür. Yəni, Türkiyə istər artan neft gəlirlərinə, istərsə də, artım səbəbi ilə infilyasiyanın yüksəlməsinə görə xeyli geriləyib. Bu da təbii ki, səhmdarların yatırımları azaltmasına səbəb olub".

Nazir müavin onu da əlavə edib ki, belə bir dönəmdə vaxtından əvvəl seçki keçirilməsi iqtisadiyyata müsbət təsirlərini göstərəcək: "Seçkilərin vaxtının dəyişdirilməsi bazar tərəfindən müsbət qarşılandı. Amma "sonradan seçki qarışıqlığı ilə əlaqədar olaraq valyutanın məzənnəsində dəyişiklik ola bilərmi?", "lirə öz dəyərini itirə bilərmi?", - deyə bir sıra narahatlıqlar ifadə olunmağa başladı. Biz də öz növbəmizdə hökumət olaraq bunun qarşısını almağa çalışırıq. Bu sözsüz ki, xarici valyutanın kəskin dəyişməsinin təsirlərindən yan keçmək mümkünsüzdü. Hazırda Mərkəzi Bank valyuta siyasətini normallaşdırmağa başladı. Daha dəqiq desək, Türkiyənin bu gün xarici borcu milli gəlirlə müqayisədə cəmi 28% təşkil edir. Göründüyü kimi bu vəziyyətdə narahatlığa da heç bir əsas yoxdur".

Nərmin Həsənli

  • Əvvəlki

    ABŞ-ın dərin böhran yaşamasının səbəbi nədir? - EKSPERT RƏYİ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0