USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Apple” və “Samsung” arasındakı məhkəmə yekunlaşıb - CƏRİMƏ

07.07.2018 İqtisadiyyat
0 0
Hər iki şirkətə böyük məbləğdə cərimə tətbiq olunub.

"Kommersant" xəbər verir ki, "Apple" və "Samsung" arasındakı patent münaqişəsi nəticələnib. İki mobil telefon nəhəngi arasında 2011-ci ildən bəri davam edən 7 illik məhkəmə bu gün Kaliforniyada sonlanıb: bütün münaqişələr həll olunub.

Söhbət iki nəhəng şirkətin bir-birİlərini tam olaraq hansı texnoloji yeniliyin oğurlanmasında günahlandırdığından getdikdə isə deyə bilərik ki, ilk dəfə "Apple" tərəfindən irəli sürülən iddiaya görə "Samsung" "Galaxy" modellərində "iPhone"-a məxsus patent və texnologiya elementlərindən istifadə edib. Belə ki, "Apple" telefonunun modelindən, tətbiqlərin yerləşdirmə formasına, eyni zamanda, "slide-to-unlock", "pinch-to-zoom", "bounce-back" kimi funksiyalarına kimi bir sıra detalın onlara aid olduğunu bildirib.

Bunun ardından, 2012-ci ildə "Samsung" da bəzi detalları araşdırdı və "Apple"ı eyni iddia ilə məhkəməyə verdi.

Bu gün nəticələnən məhkəmə qərarında isə hər iki şirkətin böyük məbləğdə cəriməyə "ehtiyacı olduğu" bildirildi. Amma məhkəmə "Apple"a qismən daha çox haqq verdi. "Apple"ın cərimələnməsinin tək səbəbi isə telefon kamerasının işləmə mexanizminin həqiqətən də "Samsung" şirkətinə məxsus olduğunun məhkəmə tərəfindən qəbul olunması oldu.

  • Əvvəlki

    "Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, qısa müddətdə işinin başına dönməyi planlaşdırır"

Digər xəbərlər