Putin “qeyri-neft sektorunda”

10.08.2018 Maliyyə
Gəlirlər qorunacaq.

“Kommersant.az” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin kimya və metallurgiya şirkətlərindən yüksək gəlirlər götürmək ideyasını irəli sürsə də, hələ bu qərar qəbul olunmayıb.

Bu barədə prezidentin mətbuat katibi Dmitriy Peskov ictimaiyyətə açıqlamasında bildirib. O bildirib ki, ölkə başçısı bu ideyanı bəyənib və müzakirəyə təqdim etmək niyyətindədir. Kreml rəsmisinin dediyinə görə, bu addım sözügedən istiqamətdə fəaliyyət göstərən şirkətlərin gəlirlərini qorumaq məqsədi ilə atılacaq.