USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kiber hücumlar hər gün artır

12.09.2018 İqtisadiyyat
0 0
“Sistem oğruları” müəssisənizə və cibinizə zərər vura bilər.

"Kommersant.az" xəbər verir ki, müəssisələri hədəf seçən xakerlər əhəmiyyətli dərəcədə zərərlərə səbəb olurlar. Belə ki, bir sıra müəssisələr, xüsusən son zamanlar kiber hücumların sayının hədsiz dərəcədə artdığını bildirib. Rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda hakerlər üçün fürsətlər sözsüz ki, hədsiz artıb.

Hakerlər bu üsulla sistemə giriş edib müəssisə rəhbərinin girişini bloklayır. Üstəlik bu yolla şirkətin bütün sənədləşməsi, gizli məlumatları hakerin əlində olur ki, bu da istənilən müəssisənin fəaliyyətini bitirməyə asanlıqla kömək edə bilər. Bloklanmanı aradan qaldırmaq qarşılığında müəyyən miqdarda pul tələb edən "sistem oğruları" bu yolla müəssisənin həm işinə, həm də büdcəsinə böyük zərər vermiş olurlar.

Hazırda müəssisələrin, sahibkarların diqqət mərkəzi kiber hücumlara qarşı təhlükəsizlik tədbirlərini möhkəmləndirməkdir. Lakin hələki qurbanların güclü və çoxsəviyyəli anti-viruslardan istifadə etməkdən başqa güvənli seçimi yoxdur.