Qarabağ Azərbaycandır!

Robotlar insanları idarə edə bilər - XƏBƏRDARLIQ

15.09.2018 Maliyyə
Süni intellektdən qorxmaq lazımdır.

“Kommersant.az” xəbər verir ki, süni intellekt və robotlar artıq hər gün qarşılaşdığımız texnologiya yeniliyinə çevriliblər. Bəs onların bəşəriyyətə zərəri varmı?

İnsanlara gündəlik həyatda bir çox sahədə kömək edən süni intellekt mütəxəssislərin fikrinə görə, bəşəriyyət üçün ağlasığmaz təhlükələr yarada bilər.

Belə ki, mütəxəssislər hər sahədə güclü olan robotların insan idarəsindən kənara çıxma ehtimalını düşünməyi məsləhət görür. Onlar belə bir şeyin baş verə biləcəyi halda dəhşətli hadisələrin ola biləcəyini söyləyirlər.